Aktual · AzPolitika

“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu xəbəri üçün şəkil

Ukrayna ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi, Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazırdır, lakin bu, yalnız ABŞ Ukraynanı “Patriot” raketlərilə təmin etdiyi müddətcə mümkündür. 

“AzPolitika” xəbər verir ki, bunu “Fox News”-a verdiyi müsahibədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, ABŞ Prezidenti və onun köməkçilərilə bu məsələ ilə bağlı "bir neçə fərqli" müzakirə apardığını bildirib.

"Biz dedik: Rusiya enerji infrastrukturumuza hücum edəndə, insanlarımızı öldürəndə, elektrik enerjisi istehsal edən müəssisələrə, qaz sənayesinə, neft emalı zavodlarına - hər şeyə zərbə vuranda cavab verməyə bilmərik", - deyə o bildirib.

Prezident qeyd edib ki, Rusiya Ukraynanın enerji şəbəkəsinə zərbələri dayandırarsa, Ukrayna da hücumları dayandırmağa hazırdır: 

"Başqa bir seçim var: bizə “Patriot” raketləri verin. Biz vasitələr tapacağıq - bu, sadəcə kömək üçün bir xahiş deyil... Biz onların pulunu ödəməyə hazırıq".

Zelenski vurğulayıb ki, Ukrayna raketlərlə təmin edildiyi müddətdə Rusiya neft zavodlarına hücumları dayandıracaq.

"Əgər Rusiyanın neft emalı zavodlarına hücumu bir ay dayandırmağımızı istəyirsinizsə, bizə bir ay “Patriot” raketləri verin", - deyə o əlavə edib.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑