Dünya · Modern.az

Mağazalar və bankomatlar dağıdıldı, avtomobillər yandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mağazalar və bankomatlar dağıdıldı, avtomobillər yandırıldı
Mağazalar və bankomatlar dağıdıldı, avtomobillər yandırıldı

Fransanın paytaxtı Parisdə kütləvi etiraz aksiyaları axşama doğru daha da şiddətlənərək iğtişaşlara çevrilib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərin mərkəzində vəziyyət tamamilə nəzarətdən çıxıb.

Agentlik yazır ki, etirazçılar Madjenta bulvarında mağazaların vitrinlərini və bankomatları darmadağın etməyə başlayıblar.

Məlumata görə, aksiyaçılar ictimai nəqliyyat dayanacaqlarını, zibil qutularını və küçədə saxlanılan avtomobilləri yandırmağa başlayıblar. Toqquşmalar hələ yürüş başlamazdan əvvəl, Respublika meydanında start götürüb. Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar, daşlar və yandırıcı maddələr atıblar. Buna cavab olaraq təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.

Xatırladaq ki, Fransada kütləvi etirazlar yanacağın kəskin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin düşməsinə qarşı keçirilir. Analoji sərt toqquşmalar Lion və digər böyük şəhərlərdə də qeydə alınıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑