BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində metro stansiyasında baş verən silahlı hücum nəticəsində bir nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Polis Departamenti məlumat yayıb.
Hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21 radələrində Manhettenin mərkəzində yerləşən “53-cü küçə – Yeddinci avenyu” metro stansiyasında baş verib.
Naməlum şəxs E xətti üzrə hərəkət edən qatarların platformasında təxminən 30 yaşlı kişiyə atəş açaraq onu öldürüb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Polis müşahidə kameralarından əldə edilən görüntülər əsasında şübhəlinin fotolarını yayımlayıb və onun axtarışına başlayıb.
Hüquq-mühafizə orqanları şübhəlinin yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatları olan şəxsləri polisə müraciət etməyə çağırıb.





