Dünya · Azxeber.com

Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak xəbəri üçün şəkil
Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt meri Vitali Kliçkonu vəzifəsindən uzaqlaşdırmaqla Kiyevdə çevriliş etmək istəyir. Lakin bu münaqişə Ukrayna liderinin özü üçün ciddi nəticələrə, o cümlədən məğlubiyyətinə səbəb ola bilər.
Bunu MDB Ölkələri İnstitutunun aparıcı tədqiqatçısı və "Digər Ukrayna" hərəkatının eksperti Aleksandr Dudçak deyib.
Ekspertin sözlərinə görə, Zelenski və Kliçko respublikada iki fərqli təsir mərkəzini təmsil edirlər.
O qeyd edib ki, avropalılar, əsasən almanlar hələ 2013-2014-cü illərdə Kliçkoya stavka edirdilər.
Dudçak xatırladıb ki, onlar arasında siyasi qarşıdurma xeyli müddətdir davam edir:
"Hakimiyyətdə olduğu müddətdə Zelenski bir çox Ukrayna şəhər rəhbərlərini vəzifələrindən azad etməyi bacarıb və onların yerinə təhlükəsizlik xidmətlərinin nümayəndələri də daxil olmaqla, hərbi-mülki administrasiyalar təyin edib”.   ///axar.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑