Türkiyənin İstanbul şəhərindən, həmçinin Antalya və İzmirdən Moskvanın "Vnukovo" hava limanına uçan üç təyyarə Polşa və Litva hava məkanında olarkən geri dönüb.
Axar.az xəbər verir ki, bu barədə mənbə TASS-a bildirib.
Bildirilib ki, sərnişinlərin başqa reyslərə köçürülməsi ilə bağlı məsələlərə daha sonra qərar veriləcək.
Xatırladaq ki, Rusiya səmasında Ukrayna dronlarının hücumları qeydə alınıb.





