Dünya · Modern.az

Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var
Mətbuat Şurasında üzvlük haqqını ödəməyənlər var

Azərbaycan Mətbuat Şurasına üzv olan bəzi təşkilatlar üzvlük haqqını ödəməyiblər.

Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mətbuat Şurasına üzv olan və qurultayda təmsil edilən təşkilatların üzvlük haqqını ödəməsi nizamnamənin tələbidir.

“Gündəlik qəzetlər və saytlar üçün üzvlük haqqı 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə, bu məbləği ödəmək çətin deyil”, – deyə Rey Kərimoğlu vurğulayıb.

Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.

Qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə seçkilərin keçirilməsi də nəzərdə tutulur. Üzv təşkilatların təqdim etdikləri anketlər əsasında İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑