Dünya · Trend.az

Qazaxıstan azərbaycanlı reperlə bağlı Rusiyadan nota aldığını təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstan azərbaycanlı reperlə bağlı Rusiyadan nota aldığını təsdiqləyib xəbəri üçün şəkil

Bakı.Trend:

Qazaxıstan Xarici İşlər Nazirliyi respublikada Azərbaycan əsilli rusiyalı reper “Navai”nin (Nəvai Bəkirov ) həbsi ilə əlaqədar Rusiya tərəfinin notasını aldığını təsdiqləyib və hüquq-mühafizə orqanlarına müvafiq sorğu göndərəcək.

Bu barədə TASS-a Qazaxıstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

“XİN-ə Rusiya Federasiyasının saxlanılan vətəndaşları və onların olduğu yer barədə məlumat verilməsi xahişi ilə Rusiya tərəfinin notası daxil olub. Bu, konsulluq işində standart təcrübədir. Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanlarına müvafiq sorğu göndəriləcək”, – deyə nazirlikdən bildirilib.

Bundan əvvəl Rusiyanın Almatıdakı Baş Konsulluğundan TASS-a verilən məlumata görə, diplomatik nümayəndəlik Rusiya vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəliyinə nota göndərib. “Baş Konsulluq vəziyyəti izləyir”, – deyə diplomatik nümayəndəlikdən qeyd olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl “Navai” Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb və müayinə zamanı müğənninin qanında qadağan olunmuş maddələr aşkarlanıb. Ötən gün isə Qazaxıstan məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑