Dünya · Trend.az

ABŞ Ukraynada peyk sistemlərinin məhdudlaşdırılması ilə bağlı göstəriş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukraynada peyk sistemlərinin məhdudlaşdırılması ilə bağlı göstəriş verib xəbəri üçün şəkil

Bakı.Trend:

Ukrayna hərbçilərinin döyüş meydanında rabitə və pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün istifadə etdiyi "Starshield" peyk sisteminin fəaliyyətinin məhdudlaşdırılması barədə göstəriş məhz Ağ Evdən verilib.

Bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Pentaqon rəhbərliyi "SpaceX" şirkətinin Ukrayna Silahlı Qüvvələri üçün "Starshield" xidmətinin işini yavaşlatmaq barədə göstəriş alıb.

"Reuters"in həmsöhbətləri Ağ Evdə bu qərarı konkret olaraq kimin qəbul etdiyini və onun icrasına kimin cavabdeh olduğunu dəqiqləşdirməyiblər.

Qeyd edək ki, məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevə Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələbi ilə təzyiq göstərdiyi bir vaxtda tətbiq edilib.

Onu da qeyd edək ki, "Starshield" ABŞ-nin "SpaceX" şirkəti tərəfindən dövlət və milli təhlükəsizlik məqsədləri üçün hazırlanmış peyk rabitəsi sistemidir və "Starlink"in peyk infrastrukturu, texnologiyaları və istehsal imkanlarından istifadə edir. "Starlink" əsasən kommersiya və mülki rabitə xidmətləri göstərdiyi halda, "Starshield" kəşfiyyat, hərbi rabitə və digər müdafiə məqsədləri üçün nəzərdə tutulub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑