Dünya · Publika.az

İran bu ölkəni hədələdi: Qüds qərarına sərt reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran bu ölkəni hədələdi: Qüds qərarına sərt reaksiya xəbəri üçün şəkil

İran Xarici İşlər Nazirliyi Kolumbiyanın Qüdsdə səfirlik açmaq qərarını kəskin pisləyib. Tehran bu addımın BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, İran XİN-in bəyanatında Qüdsün Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu vurğulanıb. Bildirilib ki, bütün dövlətlər beynəlxalq hüquqa uyğun olaraq İsrailin işğalını tanımaq kimi qiymətləndirilə biləcək addımlardan çəkinməlidir.

İran tərəfi Kolumbiyanın hazırkı rəhbərliyinin İsraillə yaxınlaşmasını, eləcə də Fələstin ərazilərinin işğalına legitimlik qazandırılmasını tənqid edib. Nazirliyin fikrincə, bu mövqe Kolumbiya və Latın Amerikası xalqlarının tarixində mühüm yer tutan müstəqillik və ədalət ideallarına ziddir.

Bəyanatda qeyd olunub ki, Kolumbiyanın Qüdsdə səfirlik açması xalqların öz müqəddəratını təyin etmək hüququna dair beynəlxalq öhdəlikləri ilə uzlaşmır və Fələstin xalqının bu hüququnun pozulmasına dəstək kimi qiymətləndirilə bilər.

İran Xarici İşlər Nazirliyi Kolumbiya hökumətinin beynəlxalq hüquqa zidd hesab etdiyi bu qərarın nəticələrinə görə məsuliyyət daşımalı olduğunu bildirib.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑