Dünya · Modern.az

Lavrov İrana gedir - Tehranla danışıqların detalları AÇIQLANDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrov İrana gedir - Tehranla danışıqların detalları AÇIQLANDI
Lavrov İrana gedir - Tehranla danışıqların detalları AÇIQLANDI

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da işgüzar səfərlə Tehrana gedəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun iranlı həmkarı ilə danışıqları planlaşdırılır. Görüşdə əsas beynəlxalq və regional məsələlər, xüsusilə İran ətrafındakı vəziyyət müzakirə olunacaq.

Tərəflər, həmçinin ABŞ və İsrailin hərəkətləri nəticəsində Yaxın və Orta Şərqin dost ölkələrinin cəlb olunduğu regional gərginliyin azaldılması istiqamətində Rusiyanın səylərini nəzərdən keçirəcəklər.

Danışıqların digər mövzusu son vaxtlar yüksək və ali səviyyələrdə keçirilmiş təmaslar zamanı əldə olunan razılaşmaların icrası olacaq.

Bundan əlavə, Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün növbəti praktiki addımların müəyyənləşdirilməsi nəzərdə tutulur.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑