Dünya · Modern.az

“3+3” platforması Bakı və İrəvanda görüş təyin etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“3+3” platforması Bakı və İrəvanda görüş təyin etdi
“3+3” platforması Bakı və İrəvanda görüş təyin etdi

Rusiya və İranın da daxil olduğu “3+3” regional əməkdaşlıq platforması çərçivəsində Cənubi Qafqazda enerji əməkdaşlığı və sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Platformanın xarici işlər nazirlərinin növbəti görüşünün Bakıda və ya İrəvanda keçirilməsi razılaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə “Rusiya Enerji Həftəsi – 2026” beynəlxalq forumu çərçivəsində keçirilən sessiyada bildirilib.

Yüksək səviyyəli tədbirdə regional əməkdaşlıq platformasının iştirakçıları – Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyə arasında enerji sahəsində dialoqun inkişafı müzakirə olunub.

Görüşdə region ölkələrinin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar arasında müvafiq nazirlik və qurumların rəhbər nümayəndələri, eləcə də iri enerji şirkətlərinin təmsilçiləri yer alıblar.

Qeyd edək ki, “3+3” platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Daha sonra xarici işlər nazirlərinin görüşləri 2023-cü ildə Tehranda, 2024-cü ildə isə İstanbulda baş tutub.

2026-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun çərçivəsində altı ölkə arasında ekspert dialoquna başlanılıb.

Hazırda xarici işlər nazirlərinin növbəti görüşünün Bakıda və ya İrəvanda keçirilməsi ilə bağlı razılaşdırma prosesi aparılır.

“Rusiya Enerji Həftəsi” çərçivəsində təşkil olunan sessiya platforma daxilindəki rəsmi təmasları tamamlayan əlavə müzakirə meydanı olub. İştirakçılar Cənubi Qafqaz ölkələri və onların birbaşa qonşularının regionun dayanıqlı inkişafına və rifahına töhfə vermək üçün səylərini birləşdirmək imkanlarını nəzərdən keçiriblər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑