İspaniyanın mərkəzində yerləşən Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.
İspaniyanın səhiyyə naziri Monika Qarsiyanın sözlərinə görə, Toledo əyalətindəki dörd xəstəxanaya çatdırılan təxminən 80 nəfərdən 15-nin vəziyyəti ağırdır.
***
28.10.2026
Saat 18:21
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində 64 nəfər ölüb.
Modern.az xəbər verir ki, qatarlar Madridlə Əndəlüs arasında yerli vaxtla saat 09:10-da toqquşub.
Qatarlarda ümumilikdə 544 sərnişin olub və qəza nəticəsində çox sayda insan yaralanıb.
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi qəza ilə əlaqədar üçgünlük matəm elan edib.




