Dünya · Modern.az

İran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi
İran ABŞ-yə dəstək verən ölkələrə xəbərdarlıq etdi

İran ABŞ ilə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstəyi dayandırmağı tələb edib.

Modern.az xəbər verir ki, bunu oktyabrın 23-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədə-Hüseyn Maleki “RİA Novosti”yə açıqlamasında bildirib.

“Region ölkələrinə ultimatum verilib – ABŞ-yə istənilən dəstəyi dayandırsınlar. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi istənilən ölkənin ərazisindəki bazalara zərbələr endirdik”, – deyə Maleki bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehran hansı ərəb və digər regional dövlətlərin ABŞ qoşunlarına dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək.

Maleki qeyd edib ki, İran tərəfi müvafiq məlumatları həmin ölkələrə əvvəlcədən çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.

İranlı deputat vurğulayıb ki, ABŞ qüvvələrinə dəstək veriləcəyi təqdirdə Tehranın cavabı həmin dövlətlərin ərazisindəki hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər.

Onun sözlərinə görə, belə ölkələr İran tərəfindən düşmən dövlətlər kimi qiymətləndirilə bilər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑