Aktual · Modern.az

"Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır"
"Hərbi xidmət qaydaları NATO standartlarına uyğunlaşdırılmalıdır"

Hərbi xidmətkeçmə ilə bağlı qanunlar və əsasnamələr NATO standartlarına uyğunlaşdırılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında bildirib.

Deputat hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin birinci oxunuşda müzakirəsi zamanı hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasını vacib sayıb.

Onun sözlərinə görə, magistratura və doktoranturada təhsil alan şəxslərin ixtisaslarının ordunun ehtiyaclarına uyğunluğu da nəzərə alınmalıdır. Siyavuş Novruzov riyaziyyat, fizika, kimya və coğrafiya üzrə mütəxəssislərin ordunun fəaliyyəti və inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Komitə sədri qeyd edib ki, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar hərbi xidmət sahəsində qanunvericiliyə yenidən baxılmasını zəruri edir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑