İqtisadiyyat · Banker.az

Azərbaycan və NATO gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və NATO gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib xəbəri üçün şəkil

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin “X” hesabında paylaşılıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqləyiblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑