Aktual · Modern.az

Benzin və dizel avtomobilləri istismardan çıxarılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Benzin və dizel avtomobilləri istismardan çıxarılacaq
Benzin və dizel avtomobilləri istismardan çıxarılacaq

Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli istismardan çıxarılacaq.

Modern.az xəbər verir ki, məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.

2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑