Ölkə · Modern.az

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb 
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb 

Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə növbəti təlim toplanışı başlayıb.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, toplanış 2026-cı ilin hazırlıq planı əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilir.

Hərbi hissəyə qəbul olunan iştirakçılar qeydiyyatdan və həkim müayinəsindən keçib, hərbi geyim və digər zəruri vasitələrlə təmin ediliblər.

Toplanışın başlanması münasibətilə keçirilən mərasimdə bildirilib ki, məqsəd ehtiyatda olanların hərbi hazırlığını və nəzəri biliklərini artırmaq, praktiki vərdişlərini təkmilləşdirməkdir.

Daha sonra iştirakçılara Azərbaycan Ordusunun arsenalındakı müasir silah və texnikalar barədə məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək. Həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıq məşğələləri keçiriləcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑