Respublika Kliniki Xəstəxanasında Yuxu laboratoriyasının yaradılması ilə bağlı planın ləğv edildiyi bildirilir.
Modern.az-ın əldə etdiyi məlumata görə, xəstəxanada Yuxu laboratoriyasının yaradılması nəzərdə tutulsa da, layihənin həyata keçirilməyəcəyi bildirilir.
Məlumatın hansı səbəbdən ləğv edildiyi və qərarın hansı əsaslarla qəbul olunduğu hələlik məlum deyil.
Qeyd edək ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov daha əvvəl açıqlamasında dövlət tibb müəssisələri arasında ilk dəfə məhz bu xəstəxanada Yuxu laboratoriyasının yaradılacağını bildirmişdi.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Qurumdan layihənin ləğv edilib-edilmədiyi, bunun səbəbləri, eləcə də gələcəkdə Yuxu laboratoriyasının yaradılmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə münasibət öyrənilir.
TƏBİB-in cavabını təqdim edəcəyik.





