Ölkə · Qaynarinfo.az

Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı xəbəri üçün şəkil

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Qeyd edilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑