Ölkə · Modern.az

İncəsənət məktəblərinə direktor seçimi bu ay başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İncəsənət məktəblərinə direktor seçimi bu ay başlayır
İncəsənət məktəblərinə direktor seçimi bu ay başlayır

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin qrafiki müəyyən edilib.

Modern.az xəbər verir ki, müsahibələrin 2026-cı il oktyabrın 14-dən noyabrın 3-dək keçirilməsi nəzərdə tutulur.

Namizədlər “Müsahibəyə buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən əldə edə bilərlər. Vərəqədə müsahibənin vaxtı və yeri göstərilir. Namizəd qeyd olunan vaxtdan 30 dəqiqə əvvəl müsahibənin keçiriləcəyi binada olmalıdır.

Müsahibədə namizədlərin bilik və bacarıqları müvafiq proqram əsasında qiymətləndiriləcək. 16 və daha çox bal toplayanlar müsahibədən uğurla keçmiş hesab ediləcəklər.

Namizədlər təqdim etdikləri məlumat və sənədlərin doğruluğuna şəxsən məsuliyyət daşıyırlar. Müsabiqənin istənilən mərhələsində yanlış məlumat və ya saxta sənəd təqdim edildiyi, yaxud namizədin tələblərə cavab vermədiyi aşkar olunarsa, onun müsahibə nəticələri ləğv ediləcək.

Nəticələrdən narazı qalan namizədlər onların elan olunduğu tarixdən sonra üç iş günü ərzində apellyasiya qaydasında şikayət verə bilərlər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑