Ölkə · Ölkə.az

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub xəbəri üçün şəkil

Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.

D.Şlapaçenko Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyətindən bəhs olunub. Bu əməkdaşlıq çərçivəsində Nazirliyin müxtəlif fəaliyyət sahələri üzrə, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑