Ölkə · Ölkə.az

TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - qurumdan vurğulanıb.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədar uzun növbələr yarandığı iddia edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑