Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.
Modern.az-a bu barədə DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.
Qeyd edək ki, Səbuhi Əliyev 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.
Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib.



