ABŞ Prezidenti Donald Tramp şənbə günü Fransanı sarsıdan iğtişaşlara görə immiqrasiyanı ittiham edib.
Modern.az xəbər verir ki, ABŞ Prezidenti Parisi immiqrasiya siyasətini sərtləşdirməyə çağırıb.
“Fransa yanır! Qəlbi nifrətlə dolu olan tamamilə fərqli bir dünyadan gələn immiqrasiya bir vaxtlar böyük olan bu ölkəni məhv edib”, - deyə Tramp bazar günü özünün “Truth Social” platformasındakı paylaşımında bildirib. O əlavə edib: “Sərhədləri bağlayın və çox gec olmadan bu vəziyyəti nəzarət altına alın!”
Oktyabrın 17-də Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar etiraz aksiyalarında 800 min nəfərin iştirak etdiyini, Daxili İşlər Nazirliyi isə bu rəqəmin 550 min olduğunu bildirib. Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili İşlər naziri Loran Nunyes 1800 nəfərin saxlanıldığını deyib.




