Dünya · Yeni Çağ

Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi etirazlara münasibət bildirərək ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti Fransada yaranmış vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib.

“Fransa yanır! Tamamilə fərqli dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni darmadağın edib. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!”, – Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

Aksiya təşkilatçılarının məlumatına görə, etirazlarda 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib.

Bir sıra şəhərlərdə nümayişlər iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1800 nəfərin saxlanıldığı bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑