Pakistanın ilk vətəndaşı noyabrın 25-də Çinə məxsus kosmik gəmi ilə kosmosa göndəriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Planlaşdırma və İnkişaf naziri Əhsən İqbal bəyanat verib.
Hazırda tarixi uçuş üçün iki hərbi təyyarəçi — Zişan Əli və Xurram Davud hazırlıq keçir. Onlardan hansının əsas heyətə daxil ediləcəyi hələlik açıqlanmayıb.
Çinin "Tyanqun" orbital stansiyasına yollanacaq pakistanlı kosmonavt orada faydalı yük üzrə mütəxəssis vəzifəsini icra edəcək və elmi təcrübələr aparacaq.
Missiya üçün hazırlanan hərbi pilotlar Zişan Əli və Xurram Davud Pekində kosmik gəminin idarə olunması, elmi təcrübələr və çin dili üzrə xüsusi təlimlər keçiblər.
Pakistan və Çin kosmik tədqiqatlarla yanaşı, Ay proqramında da sıx əməkdaşlıq edirlər. 2028-ci ildə Çinin kosmik aparatı Pakistanın ilk lunoxodu Aya çatdırmalıdır. 2035-ci ilə qədər isə Pakistan Ayın səthinə öz missiyasını göndərməyi planlaşdırır.
Bizim.Media
Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





