Dünya · Modern.az

Dünyanın ən yaxşı hündürmərtəbəli binası seçildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanın ən yaxşı hündürmərtəbəli binası seçildi
Dünyanın ən yaxşı hündürmərtəbəli binası seçildi

Oktyabrın sonunda Londonda Şaquli Şəhərsalma Şurasının mükafatlandırma mərasimi keçirilib. Mərasimin nəticələrinə əsasən, Çində yerləşən "Sany Irootech Headquarters" kompleksi 2026-cı ilin dünyanın ən yaxşı hündürmərtəbəli binası seçilib.

Modern.az xəbər verir ki, münsiflər heyəti binanın güclü küləyə və zəlzələ yüklərinə davamlılığını təmin edən qeyri-adi xarici daşıyıcı konstruksiyalarını xüsusi qeyd edib.

"Skidmore, Owings & Merrill" (SOM) memarlıq bürosu və Pekin Memarlıq Layihələndirmə İnstitutu tərəfindən hazırlanan kompleks Quandun əyalətinin Quançjou şəhərində yerləşir. O, hündürlüyü 204 və 186 metr olan iki göydələndən ibarətdir.

Hər iki binanın fasadı asimmetrik naxış yaradan, diaqonal elementlərdən ibarət açıq altıbucaqlı konstruksiya ilə əhatə olunub. Fasadlara yaşıllıq elementləri də inteqrasiya edilib.

Binanın daşıyıcı karkası betonla doldurulmuş polad borulardan hazırlanıb. Hər beş mərtəbədən dördü xarici konstruksiyaya bərkidilib. Bu həll daxildə sütunlardan imtina etməyə, təbii işıqlandırmanı artırmağa və sərbəst planlaşdırma imkanları yaratmağa şərait yaradıb.

Göydələnlərdə ofislər, hotel və yaşayış sahələri yerləşir. Hər beş mərtəbədən bir yaşıllıqla əhatə olunmuş terraslar yaradılıb. Bu ərazilər həm açıq ictimai məkan kimi istifadə olunur, həm də daxili otaqları kölgələndirərək fasadların günəşdən qızmasını azaldır.

Binalarda passiv soyutma sistemləri də tətbiq edilib. Açılan havalandırma boşluqları və şüşə qapılar təbii hava dövranını təmin edir.

İki qüllənin arasında qaldırılmış stilobat konstruksiyası inşa olunub. Bunun sayəsində binanın yer səviyyəsində bağlar və incəsənət nümunələri ilə bəzədilmiş ictimai meydan üçün geniş sahə yaradılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑