Dünya · Teleqraf

Vens ABŞ-nin İrana qarşı əsas tələbini açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vens ABŞ-nin İrana qarşı əsas tələbini açıqlayıb xəbəri üçün şəkil

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ administrasiyası İranla razılaşmanın əldə olunması üçün konkret vaxt məhdudiyyəti müəyyən etməyib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Biz heç bir vaxt məhdudiyyəti qoymamışıq. Nə istədiyimizi açıq şəkildə bəyan etmişik. Məqsədimiz İranın nüvə proqramını məhv etməkdir. Biz əmin olmaq istəyirik ki, Tehran bu proqramı bərpa etməyəcək və buna cəhd göstərməyəcək. ABŞ-ni ən çox narahat edən məsələ məhz budur”, – Vens vurğulayıb.

Vitse-prezident bununla bağlı Vaşinqtonun mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpası ilə bağlı qərar verməyə tələsmədiyini açıqlayıb.

Nəşrin məlumatına görə, Tramp administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağı planlaşdırmır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl bildirib ki, Tehranla Vaşinqton arasında Doha və İslamabad vasitəsilə intensiv məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, danışıqların nəticəsi ABŞ-nin siyasi iradəsindən asılıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑