Dünya · Yeni Sabah

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, ötən il imzalanmış saziş MDB ölkələrinin səlahiyyətli orqanları arasında məhkəmə qərarlarının icrası üçün zəruri məlumatların mübadiləsini nəzərdə tutur. Söhbət, xüsusilə də, borcluların iş yeri və əmlak vəziyyəti, onların mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri, bank hesabları, kommersiya təşkilatlarındakı payları və digər aktivləri barədə məlumatlardan gedir.

Sazişi səkkiz dövlət – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imzalayıb. Pepperoni pizza


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑