Bakı. Trend:
Oman sahillərində gəmi naməlum mərminin zərbəsinə məruz qalıb.
Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, UKMTO Omanın Lima şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb.
Gəminin kapitanının sözlərinə görə, naməlum mərminin zərbəsi nəticəsində gəminin sağ bortunda dəlik yaranıb.
Bununla belə, gəminin və heyət üzvlərinin təhlükəsiz olduğu bildirilib.
Hadisə ilə bağlı gəminin adı, növü və qeydiyyat limanı daxil olmaqla, əlavə məlumat açıqlanmayıb. UKMTO hadisəni hücum kimi təsnif edib.





