Dünya · Modern.az

BMT sistemini legitim hesab etmək mümkün deyil - Ərdoğan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT sistemini legitim hesab etmək mümkün deyil - Ərdoğan
BMT sistemini legitim hesab etmək mümkün deyil - Ərdoğan

Hörmüz boğazında gəmiçiliyin bərpası və yaranmış fasilənin aradan qaldırılması istiqamətində aylarla davam edən səylərin nəticə verməməsi təəssüf doğurur.

Modern.az  xəbər verir ki, bu sözləri İstanbulda keçirilən Beynəlxalq Ədalət Sammitində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri beynəlxalq razılaşmaların getdikcə təsirini itirdiyini, beynəlxalq məhkəmələrin qərarlarının isə icra olunmadığını vurğulayıb.

“Beynəlxalq razılaşmalar öz təsirini itirib. Eyni zamanda, beynəlxalq məhkəmələrin çıxardığı qərarlar artıq icra olunmur”, – deyə Ərdoğan qeyd edib.

O, mövcud beynəlxalq sistemi də tənqid edib. Türkiyə Prezidenti bildirib ki, Birləşmiş Millətlər Təşkilatının sistemi beynəlxalq ictimaiyyətin iradəsini əks etdirmirsə, onu legitim və ədalətli hesab etmək mümkün deyil.

Ərdoğanın sözlərinə görə, beynəlxalq münasibətlər sisteminin səmərəli fəaliyyət göstərməsi üçün dövlətlərin mövqeyi və beynəlxalq ictimaiyyətin iradəsi nəzərə alınmalıdır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑