Dünya · Modern.az

ABŞ Raul Kastronun həbsinə order verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Raul Kastronun həbsinə order verdi
ABŞ Raul Kastronun həbsinə order verdi

ABŞ-ın Florida ştatının baş prokuroru Ceyms Utmayyer Kubanın keçmiş lideri Raul Kastro barəsində həbs orderi verib.

Modern.az xəbər verir ki, ABŞ hakimiyyətinin iddiasına görə, 1996-cı ildə Kubanın müdafiə naziri vəzifəsini tutan 95 yaşlı Kastro kubalı mühacirlərin “Xilaskar qardaşlar” təşkilatına məxsus iki mülki təyyarənin vurulması barədə əmr verib.

Hadisə 1996-cı il fevralın 24-də Florida boğazı üzərində baş verib. Nəticədə dörd nəfər həlak olub, onlardan üçü ABŞ vətəndaşı olub.

2026-cı ilin may ayında Kubanın keçmiş liderinə və ölkənin daha beş vətəndaşına qiyabi olaraq ittihamlar irəli sürülüb. İttihamlar dörd maddə üzrə qətl, iki maddə üzrə hava gəmilərinin məhv edilməsi, həmçinin ABŞ vətəndaşlarını öldürmək məqsədilə sui-qəsddə iştirakla bağlıdır.

Kubanın hazırkı prezidenti Migel Dias-Kanel ABŞ ədliyyə orqanlarının bu addımını siyasi motivli adlandırıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑