Dünya · Modern.az

Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili və sabiq baş nazir müşaviri Ertan Aydın fond araşdırması çərçivəsində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, son əməliyyat çərçivəsində daha 5 şübhəli saxlanılıb və iş üzrə saxlanılanların ümumi sayı 31-ə çatıb. Saxlanılanlar arasında Ertan Aydınla yanaşı Abdulla Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da var.

Qeyd edək ki, Ertan Aydın 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi işlər üzrə baş müşaviri təyin olunub və Əhməd Davudoğlunun baş nazirliyi dövründə də bu vəzifədə çalışıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑