Dünya · Günün Səsi

Rusiya və Ukrayna arasında meyit mübadiləsi aparılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Ukrayna arasında meyit mübadiləsi aparılıb xəbəri üçün şəkil

Belarusda Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “RBK” nəşri Rusiya Dövlət Dumasının deputatı, hərbi əməliyyatlarla bağlı parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyevə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi Ukraynaya ölən 252 nəfərin meyitini təhvil verib. Ukrayna tərəfi isə Rusiyaya 23 nəfərin meyitini qaytarıb.

Mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” buraxılış məntəqəsində baş tutub. Ukraynanın Əsir və itkin düşmüş şəxslərlə iş üzrə Koordinasiya Qərargahı da mübadilə faktını təsdiqləyib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑