Dünya · Modern.az

Əfqanıstanla sərhəddə fövqəladə vəziyyət elan edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfqanıstanla sərhəddə fövqəladə vəziyyət elan edilib
Əfqanıstanla sərhəddə fövqəladə vəziyyət elan edilib

Pakistan hökuməti Əfqanıstanla sərhəddə yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət və birbaşa federal idarəetmə rejimi tətbiq edib.

Modern.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, qərar prezident Asif Əli Zərdarinin Nazirlər Kabinetinin tövsiyələrini təsdiqləməsindən sonra qəbul edilib.

Baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən fövqəladə hökumət iclasında əyalətdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Baş nazirin ofisinin açıqlamasında əyalət hökumətinin terrorizmlə mübarizədən “qəsdən kənarda qalması” məsələsinin nəzərə alındığı və prezidentə konstitusion səlahiyyətlərindən istifadə etməyin tövsiyə olunduğu bildirilib.

Bundan əlavə, federal hökumət mülki hakimiyyət orqanlarına dəstək məqsədilə hərbi qüvvələrin və texnikanın yerləşdirilməsinə icazə verib. Əyalətin inzibati mərkəzi olan Peşəvər ətrafında konteynerlər quraşdırılıb, polis qüvvələri gücləndirilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑