Dünya · Azxeber.com

Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər xəbəri üçün şəkil
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Tərəflər söhbət zamanı regionda son vaxtlar baş verən gərginliyi və bu vəziyyətlə bağlı görülən tədbirləri müzakirə ediblər.
Nazirlikdən bildirilib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Abbas Əraqçi isə özünün "Telegram" kanalında söhbət zamanı regionda gərginliyin artmasından narahatlığını ifadə etdiyini qeyd edib.
Onun sözlərinə görə, hərbi üsullara üstünlük verilməsi və siyasi həll yollarına məhəl qoyulmaması mövcud vəziyyəti daha da ağırlaşdıracaq. Əraqçi əlavə edib ki, İran böhranın siyasi həllinə nail olmaq məqsədilə Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun qurulmasına kömək etməyə hazırdır.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑