Dünya · Azxeber.com

İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək xəbəri üçün şəkil
İraqın Baş naziri Əli əz-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər etməyi, daha sonra isə Küveytə yollanmağı planlaşdırır.
"Shafaq News" telekanalı xəbər verir ki, bu barədə telekanala məlumatlı mənbələr bildirib.
Qeyd olunub ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr qarşıdakı danışıqların gündəliyini hazırlamaq üçün artıq Səudiyyə Ərəbistanına gəlib.
Əli əz-Zeydinin krallığa səfəri əvvəlcə iyul ayına planlaşdırılsa da, Səudiyyə qüvvələrinin İraq ərazisindəki bir neçə obyektə zərbələr endirməsindən sonra ləğv edilib.
Bağdad və Ər-Riyad səfərlə bağlı hələlik rəsmi açıqlama verməyib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑