Dünya · Azxeber.com

İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib xəbəri üçün şəkil
İran hakimiyyəti Hörmüz boğazından bort naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə cəhd edən bütün gəmiləri düşmən hesab edəcək.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xüsusi bəyanatında bildirilib.
"Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi qiymətləndiriləcək", – bəyanatda qeyd olunub.
İran hərbçiləri belə hallarda həmin gəmilərin "qətiyyətli şəkildə cəzalandırılacağını" da bildiriblər.
Məlumatda iddia olunur ki, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək partlayıb və yanıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑