Dünya · Teleqraf

İran ABŞ-nin texnoloji infrastrukturunu məhv etməklə hədələyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-nin texnoloji infrastrukturunu məhv etməklə hədələyib xəbəri üçün şəkil

BAKI, 12 oktyabr. TELEQRAF

İran ABŞ-nin hücumları bərpa edəcəyi təqdirdə regiondakı Amerika texnoloji infrastrukturuna zərbələr endirəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Press TV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-nin regiondakı texnoloji obyektlərini hələlik hərbi hədəflər siyahısına daxil etməyib.

Rzayi xəbərdarlıq edib ki, hərbi əməliyyatlar yenidən başlayarsa, ABŞ-yə məxsus məlumat emalı mərkəzləri, süni intellekt infrastrukturu və digər strateji texnoloji obyektlər İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər.

O, belə bir vəziyyətdə çoxsaylı məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin məhv ediləcəyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑