Dünya · Trend.az

Kanada ABŞ-a neft və dizel yanacağı tədarükünü artıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanada ABŞ-a neft və dizel yanacağı tədarükünü artıracaq xəbəri üçün şəkil

Bakı. Trend:

Kanada hökuməti ABŞ-a neft və dizel yanacağı tədarükünü artırmaq niyyətindədir.

Bu barədə Kanadanın Baş naziri Mark Karninin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunlarına dair yayımlanan rəsmi açıqlamada bildirilib.

Sənəddə qeyd olunub ki, Kanada ABŞ bazarına enerji məhsullarının ixracını mümkün qədər artırmağa çalışacaq.

“Biz ABŞ-a neft və dizel yanacağı ixracımızı maksimum dərəcədə artırmağa çalışacağıq. Bu ixrac gündəlik 1 milyon barel dizel yanacağı həcmindən xeyli çoxdur”, – açıqlamada bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑