Dünya · Modern.az

Çin hibrid avtomobillərin ixracını azaldır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin hibrid avtomobillərin ixracını azaldır
Çin hibrid avtomobillərin ixracını azaldır

Çin Avropa İttifaqı (Aİ) ilə ticarət mübahisəsi çərçivəsində hibrid avtomobillərin Avropaya ixracının azaldılması barədə razılığa gəlib.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin ticarət komissarı Maroş Şefçoviç Pekində Çinin ticarət naziri Vanq Ventao ilə danışıqlardan sonra bildirib. Onun sözlərinə görə, qarşıdakı dörd il ərzində Çindən Avropaya ixrac edilən hibrid və “plug-in” avtomobillərin sayı bir neçə milyon ədəd azalacaq. Bu, tədarükün yarıdan çox azalmasına səbəb ola bilər.

Razılaşmanın Avropa, xüsusilə də Almaniya avtomobil istehsalçılarına Çin şirkətləri ilə rəqabətdə müəyyən imkanlar yaradacağı gözlənilir. Aİ-də yeni avtomobil qeydiyyatlarının 44 faizindən çoxunu hibrid və “plug-in” modellər təşkil edir.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən, Almaniya Avtomobil Sənayesi Assosiasiyası razılaşmanı müsbət siqnal kimi qiymətləndirib. Bununla belə, qurum sənayeyə təsirlə bağlı yekun qiymətləndirmənin razılaşmanın konkret şərtləri məlum olduqdan sonra mümkün olacağını bildirib.

Tərəflər, həmçinin Ümumdünya Ticarət Təşkilatının qaydaları çərçivəsində müəyyən mallara tətbiq olunan gömrük rüsumlarının azaldılması imkanlarını araşdırmaq barədə razılığa gəliblər. Sazişin yekun təsdiqi Aİ rəhbərliyinin və üzv dövlətlərin qərarlarından asılı olacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑