"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək.
Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə müraciət edib.
Klubun müraciətini və "Azersun Arena"nın oyunları qəbul etməyə hazır olduğunu nəzərə alan PFL qərar qəbul edib.
Beləliklə, "Qarabağ" Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"la qarşılaşmadan etibarən ev oyunlarını "Azersun Arena"da keçirəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)





