Təbrizin “Traktor” klubu Asiya Çempionlar Liqasının Elit mərhələsinin dördüncü turunda Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə 2:2 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Omanın paytaxtı Maskatda, Sultan Qabus İdman Kompleksində keçirilib.
Oyunda hesabı 55-ci dəqiqədə qonaqların hücumçusu Stipe Peritsa açıb. 62-ci dəqiqədə “Traktor”un müdafiəçisi Fərşad Fərəci qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Buna baxmayaraq, Təbriz təmsilçisi 82-ci dəqiqədə Tomislav Ştrkalın qolu ilə hesabı bərabərləşdirib. Əlavə vaxtın dördüncü dəqiqəsində Vladimir Yovoviç “Neftçi”ni yenidən önə keçirib.
Lakin “Traktor” məğlubiyyətlə barışmayıb. Məsud Zayerkazemayn 90+9-cu dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb.
Beləliklə, dramatik keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.



