İdman · Publika.az

Mbappe La Liqada tarix yazır – Qarşılaşdığı bütün rəqiblərə qol vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappe La Liqada tarix yazır – Qarşılaşdığı bütün rəqiblərə qol vurub xəbəri üçün şəkil

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe İspaniya çempionatında diqqətçəkən rekorda imza atıb. O, La Liqada indiyədək qarşılaşdığı bütün komandaların qapısına yol taparaq 100 faizlik göstərici əldə edib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Fransalı futbolçu bu uğura La Liqada 24-cü fərqli rəqibi olan “Rasinq Santander”lə matçda çatıb. Görüşdə hakim mübahisəli penalti qərarı ilə “Real Madrid”in xeyrinə 11 metrlik cərimə zərbəsi təyin edib. Mbappe fürsəti qaçırmayaraq dəqiq zərbə ilə komandasını hesabda önə keçirib.

Bununla da hücumçu İspaniya çempionatında üz-üzə gəldiyi 24 komandanın hamısına qol vurub. O, daha əvvəl “Malaqa” və “Elçe”nin qapısına da hərəyə iki dəfə yol tapmışdı.

Mbappe cari mövsümdə də məhsuldarlığı ilə seçilir. Onun hesabında bütün turnirlərdə 15 qol var. Bu qolların 12-si La Liqada qeydə alınıb. Fransalı futbolçu həm İspaniya çempionatının bombardirlər yarışında, həm də Avropanın “Qızıl buts” mübarizəsində ön sıralardadır.

Qeyd edək ki, Mbappe “Real Madrid”in heyətində La Liqada keçirdiyi 76 oyunda 68 qol vurub. O, indiyədək çempionatda qarşılaşdığı heç bir rəqibi qolsuz qoymayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑