İdman · İdman.biz

Fərman Həsənov UFC-də ilk məğlubiyyətindən sonra paylaşım etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərman Həsənov UFC-də ilk məğlubiyyətindən sonra paylaşım etdi xəbəri üçün şəkil

Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də peşəkar karyerasının ilk məğlubiyyətindən sonra sosial şəbəkədə paylaşım edib.

İdman.Biz xəbər verir ki, idmançı “Instagram” hesabında “Hər şeyə görə Uca Allaha şükür” sözlərini yazıb.

Xatırladaq ki, Həsənov Las-Veqasda keçirilən UFC turnirində amerikalı Jan-Pol Lebosnoyani ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan qarşılaşma üçüncü raundda dayandırılıb.

Azərbaycanlı döyüşçünün aldığı dərin kəsik səbəbindən həkimlər onun mübarizəni davam etdirməsinə icazə verməyiblər. Nəticədə üçüncü raundun 2-ci dəqiqə 11-ci saniyəsində döyüş dayandırılıb və qələbə texniki nokautla amerikalı idmançıya verilib.

Bununla da 31 yaşlı Həsənovun peşəkar karyerasındakı altı döyüşlük qələbə seriyası başa çatıb. Onun hesabında altı qələbə və bir məğlubiyyət var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑