İdman · Bizim.Media

"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi xəbəri üçün şəkil

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda “Şəfa” ilə heç-heçə etdikləri matçı (1:1) şərh edib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib:

"Nəticə ilə barışmalıyıq. Bizi çətin oyunun gözlədiyini bilirdik. Bu gün yaxşı çıxış etmədik. İlk 10-15 dəqiqədə oyunumuz yaxşı alınırdı. Lakin sonradan çoxlu top itkisinə yol verdik ki, bu da rəqibə üstünlük qazandırdı.

Düşünürəm ki, “Şəfa” ilk hissəni hesabda öndə başa vurmağa layiq idi. İkinci hissədə bəzi dəyişikliklər etməyə çalışdıq və bunu bacardığımızı düşünürəm. Hesabı bərabərləşdirdik, bir neçə qol imkanı da yaratdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bu nəticə ilə barışmalıyıq".

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑