“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun tam adını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Nasraui “Aston Villa” ilə oyun öncəsi jurnalistlərə açıqlamasında oğlunun soyadı ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirib.
“Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq olmasın deyə bunu bildirmək istədim. Lamin Yamal isə onun adıdır”, – deyə o qeyd edib.
Məlumata görə, 18 yaşlı futbolçuya ailəsinin çətin günlərində onlara dəstək olan iki dostun – Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidir. “Lamin” etibarlı və sadiq, “Yamal” isə gözəllik, zəriflik və cazibə mənalarını daşıyır.
Qeyd edək ki, Yamal “Aston Villa” ilə qarşılaşmada fərqlənəcəyi təqdirdə Çempionlar Liqası tarixində yeniyetmə yaşlarında ən çox qol vuran futbolçu olacaq.
“Barselona” – “Aston Villa” matçı noyabrın 4-də keçiriləcək.
Əliyar Xəlil,
Globalinfo.az






