İdman · İdman.biz

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi xəbəri üçün şəkil

“Çelsi” və “Liverpul” “Brentford”un sol cinah müdafiəçisi El Hacı Malik Diufun transferində maraqlıdır.

İdman.Biz seneqallı jurnalist Xadim Diaxateyə istinadən xəbər verir ki, hər iki İngiltərə klubu gələn yay mümkün keçidi müzakirə etmək üçün futbolçunun agenti ilə artıq əlaqə saxlayıb.

Seneqal millisinin üzvü ötən yay “Vest Hem”dən “Brentford”a keçib. London klubu onun transferi üçün 35 milyon funt sterlinq ödəyib. Müqavilədə əlavə bonuslar da nəzərdə tutulub.

Diuf yeni komandasına qoşulduqdan sonra bütün turnirlərdə doqquz qarşılaşmada iştirak edib.

Futbolçunun çıxışı “Çelsi” və “Liverpul”un diqqətini cəlb edib. Hər iki klub onun növbəti yay transfer pəncərəsində heyətinə qatılması imkanını nəzərdən keçirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑