İdman · İdman.biz

“Fiorentina” altı qolun vurulduğu matçda “Sassuolo”nu məğlub etdi - YENİLƏNİR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fiorentina” altı qolun vurulduğu matçda “Sassuolo”nu məğlub etdi - YENİLƏNİR xəbəri üçün şəkil

İtaliya A Seriyasının 10-cu turunda “Fiorentina” səfərdə “Sassuolo”nu 4:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 25-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Arman Loriente açıb. İlk hissənin əlavə vaxtında Mateo Pelleqrino tarazlığı bərpa edib.

50-ci dəqiqədə Njiye “Fiorentina”nı önə çıxarıb. Lakin 65-ci dəqiqədə Loriente ikinci qolunu vuraraq hesabı 2:2-yə çatdırıb.

Görüşün 79-cu dəqiqəsində Franko Mastantuono qonaqları yenidən hesabda irəli çıxarıb. 90+3-cü dəqiqədə isə Valdepenyas son nöqtəni qoyub - 4:2.

Bu nəticədən sonra hər iki komandanın aktivində səkkiz xal var, turnir cədvəlində 15 və 16-cı yerləri bölüşürlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑