İdman · İdman.biz

Filipe Kandido: “Bu gün yaxşı oynamadıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Filipe Kandido: “Bu gün yaxşı oynamadıq” xəbəri üçün şəkil

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 10-cu turunda “Şəfa” ilə doğma meydanda 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qalmadığını etiraf edib.

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə çıxışımız yaxşı idi. Lakin sonradan çoxlu top itkisinə yol verdik. Bu da rəqibə üstünlük qazandırdı. Düşünürəm ki, “Şəfa” ilk hissəni hesabda öndə başa vurmağa layiq idi”, - deyə Kandido bildirib.

Baş məşqçi fasilədən sonra komandasının oyununda müsbət dəyişikliklər olduğunu vurğulayıb:

“İkinci hissədə bəzi dəyişikliklər etməyə çalışdıq və düşünürəm ki, buna nail olduq. Hesabı bərabərləşdirdik, bir neçə qol imkanı da yaratdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bu nəticə ilə barışmalıyıq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑